Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Şəhidlər xiyabanı küçəsində baş verib.
Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Yaqut Orucəli qızı Nəsirova yolu qarşı tərəfə keçmək istəyərkən, hərəkətdə olan minik avtomobili onu vurub. Y.Nəsirova ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə çatdırılıb. Yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyub və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az