Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası İdarə Heyəti dekabrın 15-də İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb. Dekabrın 16-da YAP İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə sənədləri MSK-ya təqdim edib. MSK dekabrın 19-da İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
YAP dekabrın 26-da İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə MSK-ya təqdim edib və dünən sənədlərin araşdırılması prosesi başa çatıb.
Məsələ səsverməyə çıxarılıb və MSK İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
Azinformasiya.az