İvanişvili: Baş nazir vəzifəsi üçün namizəd olmayacam

Gürcüstan hökumətinin tərkibində dəyişiklik olmayacaq.

 

Azinformasiya.az xəbər verir ki, bunu partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili jurnalistlərə açıqlamasında deyib. O, jurnalistlərin sualına cavabında nə hökumətin tərkibinə, də nə partiya daxilində dəyişiklik planlaşdırılmadığını qeyd edib.

İvanişvili hökumət başçısı vəzifəsini tutmayacağını əlavə edib.

“Mən Baş nazir vəzifəsi üçün namizəd olmayacam. Baş nazir dəyişməyəcək”, – İvanişvili vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir