Bidzina İvanişvili siyasətə qayıdıb

Gürcü milyarder Bidzina İvanişvili siyasətə qayıdıb.

 

Azinformasiya.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvili hakim partiyanın Siyasi Şurasının yeni sədri seçilib. Partiya məlumatı təsdiqləyib.

“Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze isə bildirib ki, Bidzina İvanişvili partiyanın fəxri sədri olacaq.

Bidzina İvanişvili partiyanın qurultayında çıxışı zamanı siyasətə öz təşəbbüsü ilə qayıtdığını bildirib:

“Düz üç il öncə mən aktiv siyasi proseslərdən uzaqlaşmaq qərarım barədə ictimaiyyətə məlumat vermişdim. İndi, üç ildən sonra, öz təşəbbüsümlə, partiyanın fəxri sədri kimi, siyasi həyata qayıdıram”,- İvanişvili bildirib

Qeyd edək ki, bu gün “Gürcü Arzusu” partiyasının qurultayı keçirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir