İndoneziya sahillərində 5,9 maqnitudalı zəlzələ olub

İndoneziya sahillərində 5,9 maqnitudalı zəlzələ olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri 250 min insanın yaşadığı Banda-Açeh şəhərindən 414 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir