Abdullahian Paşinyanla görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Görüşdə İranın Ermənistandakı səfiri də iştirak edib.

İran XİN başçısı və Ermənistan hökumətinin rəhbəri arasında görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələr, regional kommunikasiyaların açılması və “Sülh kəsişməsi” layihəsi müzakirə olunub.

Qeyd edək ki, Abdullahian bu gün İrəvana səfəri çərçivəsində erməni həmkarı ilə də görüşüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir