Paşinyan Sankt-Peterburqa gedib

Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqa gedib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, Paşinyan 25-26 dekabr tarixlərində Avrasiya Ali İqtisadi Şurasının iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib.

Xatırladaq ki, Paşinyan bundan əvvəl noyabrda Bişkekdə MDB sammitində və Minskdə KTMT liderlərinin sammitində iştirak etməyib. O, bundan başqa, Moskvada MDB Hökumət Başçıları Şurasının iclasına da qatılmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir