Belqradda iğtişaşlar zamanı 40-a yaxın adam saxlanılıb

Belqrad administrasiyası yaxınlığında baş verən iğtişaşlar zamanı bir neçə polis əməkdaşı yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Həbs edilənlər var.

 

Azinformasiya.az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Pink telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, hazırda daha bir neçə nəfərin şəxsiyyəti müəyyənləşdirilir, yaxın vaxtlarda onların hamısı həbs olunacaq.

“Harada olsalar da, gizlənə bilməyəcəklər”, – deyə Prezident vurğulayıb.

Qeyd edilib ki, iğtişaşlar zamanı 40-a yaxın adam saxlanılıb.

Serbiyanın Baş naziri Ana Brnabiç də Pink-ə müsahibəsində gözlənilən iğtişaşlar haqqında məlumatlara görə Rusiya xüsusi xidmət orqanlarına təşəkkür edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir