“Elə silahlar var ki, hələ döyüşlərə cəlb olunmayıb” – Yaşar Aydəmirov

“Hələlik indiki silahlar döyüşlərdə uğur əldə etməyə kifayət edir”.

“Azinformasiya.Az” xəbər verir ki, bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov AzTV-nin efirində yayımlanan “Əsas məsələ” verilişində bildirib.

O deyib ki, strateji yüksəkliklərin ələ keçirilməsi düşmənin daha dərinliklərdə yerləşən mövqelərinə hücum etməyə imkan verir.

Yaşar Aydəmirov hazırda döyüşlərdə istifadə olunan silahların torpaqlarımızın azad edilməsi üçün kifayət etdiyini bildirib:

“Ordumuzun elə silahları var ki, onlar hələ istifadə olunmur. Ehtiyac olarsa, onlar da istifadə edilə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir