Putin Mahmud Abbasla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Fələstin Prezidenti Mahmud Abbas arasında telefon danışığı baş tutub.

 

Azinformasiya.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin Fələstin liderini Yaxın Şərqdə gərginliyi azaltmaq üçün atdığı addımlar barədə məlumatlandırıb.

Telefon danışığı əsnasında qan tökülməsinə tez son qoyulması və siyasi həll prosesinin bərpasının əhəmiyyəti vurğulanıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir