Moldova Prezidenti Rusiyanı ölkədə sabitliyi pozmaqda ittiham edib

Moldova Prezidenti Maya Sandu Rusiyanı ölkədə sabitliyi pozmaq planlarında ittiham edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Moldova rəhbəri yerli “PRO-TV” kanalına müsahibəsində bildirib.

Maya Sandu qeyd edib ki, Rusiya həmin planları gələn ilin baharına yaxın həyata keçirməyə başlayacaq. O, 2024-cü ilin noyabrında Moldovada gözlənilən prezident seçkilərindən öncə ölkədə stabilliyi pozmaq cəhdlərində Rusiyanı ittiham edib.

“Rusiya Moldovadakı adamlarından istifadə edəcək, ola bilər ki, taktika dəyişsin”, – Moldova Prezidenti vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir