İsveç gələn yaya kimi NATO-ya üzvlük üçün Türkiyənin ratifikasiyasını gözləməli ola bilər.
Azinformasiya.az xəbər verir ki, bu barədə İsveçin “Sveriges Radio”su ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib.
Mənbənin sözlərinə əsasən, İsveçin NATO-ya üzvlüyü aylarla gecikə bilər.
“Ümid edirəm ki, bu (NATO-nun ratifikasiyası) iyula kimi həyata keçiriləcək”, – mənbə bildirib.
Qeyd edək ki, Ağ Ev məlumat yayıb ki, dekabrın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden NATO çərçivəsində əməkdaşlığı, həmçinin İsveçin NATO-ya üzvlük məsələsini müzakirə ediblər.
Xatırladaq ki, İsveçin NATO-ya üzvlüyü hələ də Türkiyə və Macarıstan parlamentləri tərəfindən ratifikasiya olunmayıb.
Azinformasiya.az