Rusiya XİN: Rusiya Moskva, Bakı və İrəvan arasında imzalanan üçtərəfli sazişləri inkar etmək cəhdlərini təhlükəli hesab edir

Rusiya Moskva, Bakı və İrəvan arasında imzalanan üçtərəfli sazişləri inkar etmək cəhdlərini təhlükəli hesab edir.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova adından Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı yayılan bəyanatda bildirilib.

Zaxarova bildirib ki, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər qüvvədə qalır:

“Tərəflər imzalarını geri götürməyiblər və biz, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması səbəbindən bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir