Ceyhun Bayramov: Azərbaycan-Türkiyə müttəfiqliyi sabitliyin qorunmasının vacib faktorudur

“Azərbaycan və Türkiyənin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi baxımından mövqeləri eynidir. Biz hesab edirik ki, region ölkələri arasında normal qonşuluq münasibətləri bərqərar edilməlidir, onlar tarixi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır”.

 

Azinformasiya.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi geniş bölgəmizdə sabitliyin qorunmasının vacib faktorudur:

Ceyhun Bayramov görüş əsnasında Azərbaycanın anti-terror tədbirlərini həyata keçirməsindən sonra yaranmış vəziyyətin, atılan addımların, həmçinin qaçqın və məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə qayıdışının, bu istiqamətdə həyata keçirilən tədbirləri, eləcə də mina təhlükəsizliyinin müzakirə edildiyini qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir