Hakan Fidan: Azərbaycanın Ermənistanla münasibətləri normallaşarsa, Türkiyənin də münasibətləri normallaşacaq

Türkiyə Azərbaycan torpaqlarının işğaldan azad edilməsini, suverenliyini tam bərqərar etməsini hər zaman dəstəkləyib.

 

Azinformasiya.az xəbər verir ki, bunu bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib

“İndi bir sülh sazişi ilə bölgədə rifah və inkişaf başlamalıdır. Biz artıq bölgədə savaşa, qarşıdurmaya yer olmadığını düşünürük. Türkiyə iki ölkə arasında sülh danışıqlarını hər haman dəstəkləyir. Azərbaycanla Ermənistanın münasibətləri normallaşarsa, Türkiyənin də Ermənistanla münasibətləri dərhal normallaşacaq. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını hər zaman dəstəkləyir”, – Türkiyə XİN rəhbəri qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir