Bakıda avtomobil iki qadını vurub, biri ölüb

Bakıda avtomobil qadınları vurub.

 

Azinformasiya.az xəbər verir ki, Nərimanov rayonu ərazisində Rauf Rüstəmov idarə etdiyi “Xəzər” markalı avtomobillə yolu keçmək istəyən, 1948-ci il təvəllüdlü Sara Hüseynova və Sevil Fərzəliyevanı vurub.

Piyadalardan Sara Hüseynova hadisə yerində dünyasını dəyişib, digər piyada isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir