Ceyhun Bayramov Ukrayna XİN başçısı ilə görüşüb

11 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, nazirlər iki ölkə arasında mövcud olan dost və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, eləcə də nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.​

Çoxtərəfli platformalarda əməkdaşlığın davam etdirilməsi, habelə GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyət qeyd olunub.​

Görüş əsnasında nazir Ceyhun Bayramov qarşı tərəfə regionda baş verən son hadisələr və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir