İsrail Ordusu Qəzzada daha dörd hərbçisini itirib

İsrail Ordusu Qəzzada hərbi əməliyyatlar zamanı daha dörd əsgərini itirib.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, əsgərlərin itkisi əsasən Qəzza zolağının cənub istiqamətində baş verib.

Bununla da İsrail Ordusunun noyabrın sonundan Qəzza zolağında keçirdiyi quru əməliyyatları zamanı itirdiyi hərbçilərin sayı 102-ə çatıb. Yaralanan hərbçilər isə 550 olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir