Naxçıvanda 22 yaşlı ana və onun 1 yaşlı oğlu dəm qazından zəhərlənib

Naxçıvan şəhərində dəm qazından iki nəfər zəhərlənib.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhər Qaraxanbəyli kəndində baş verib.

Belə ki, kənd sakinləri 2001-ci il təvəllüdlü Ələkbərova Fəridə Ramin qızı və övladı 2022-ci il təvəllüdlü Ələkbərov Fuad Toğrul oğlu mətbəxdə olan suqızdırıcı avadanlığın nasaz olması nəticəsində dəm qazından zəhərləniblər. F.Ələkbərova Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, F.Ələkbərov isə Əziz Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir