Tovuzda yol nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Tovuz çayının üzərində yerləşən körpünün yaxınlığında baş verib. Hərəkətdə olan iki “VAZ ” markalı minik maşınları toqquşub.
Qəza zamanı xəsarət alan 1977-ci il təvəllüdlü Rövşən Novruzov və 1995-ci il təvəllüdlü Firdovsi Əşrəfov xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az