Rusiya Federasiyası ilə BƏƏ arasında münasibətlər görünməmiş yüksək səviyyəyə çatıb.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti ilə görüşdə bildirib.
Putin BƏƏ Prezidentinə bu ölkədə pravoslav kilsəsinin tikintisi üçün yer ayırdığına görə təşəkkür edib.
Onun sözlərinə əsasən, BƏƏ dünyada vəziyyətin sabitləşməsinə böyük töhfə verir.
Putin BƏƏ Prezidenti ilə qaynar nöqtələrdəki, eləcə də Fələstin və Ukraynadakı vəziyyəti müzakirə edəcəyini vurğulayıb.
Rusiya prezidenti BƏƏ prezidentini 2024-cü ilin payızında Kazanda keçiriləcək BRİCS sammitində gözləyəcəyini də bildirib.
Azinformasiya.az