Bakıda qadın dəm qazından boğularaq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində fərdi mənzillərdən birində qeydə alınıb.
1996-cı il təvəllüdlü Gülşən Mehdiyevanın hamamda dəm qazından boğularaq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az