İsrail ordusu Qəzza zolağında HAMAS-ın 800 yeraltı tunelini aşkar edib

İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri Qəzza zolağında Fələstinin radikal HAMAS hərəkatının 800-dən çox yeraltı tunelini aşkarlayıb və onlardan 500-ə yaxınını müxtəlif vasitələrlə məhv edib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Qəzza zolağında quru əməliyyatı başlayandan bəri İDF əsgərləri HAMAS-ın 800-dən çox yeraltı tunel şaxtasını aşkar ediblər. Partlayıcı maddələr və bloklar da daxil olmaqla, müxtəlif əməliyyat üsullarından istifadə edilməklə 500-ə yaxın tunel məhv edilib”, – məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, “tunel şaxtaları yaşayış massivlərində, bir çoxu məktəb, uşaq bağçası, məscid və uşaq meydançaları kimi mülki bina və tikililərin yaxınlığında yerləşirdi”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir