İsrail ordusu Suriyadan mərmi atıldığını qeydə alıb

İsrail Müdafiə Qüvvələri Suriyadan yəhudi dövləti istiqamətində mərmi atıldığını qeydə alıb və atılan yerə artilleriya zərbəsi ilə cavab verib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər saatlarında Suriyadan İsrail istiqamətində atış qeydə alınıb, mərmi protokola uyğun olaraq tutulmayıb. Ordunun artilleriyası mərmilərin gəldiyi əraziyə zərbələr endirib”, – deyə məlumatda bildirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir