Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.
Azinformasiya.az xəbər verir ki, hadisə Salyan şəhərində baş verib. Kirayədə yaşayan 25 və 28 yaşlı iki kişi evdə dəm qazından boğularaq ölüb.
Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az