Paraqvayda təyyarə qəzası zamanı deputat ölüb

Paraqvayın şərqində kiçik təyyarənin qəzaya uğraması nəticəsində ölkə parlamentinin deputatı da daxil olmaqla 4 nəfər həlak olub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə qanunverici orqanın aşağı palatası məlumat yayıb.

“Dekabrın 2-də axşam məlum oldu ki, deputat Valter Arms San Pedro departamentinin Quayaibi rayonunda təyyarə qəzası nəticəsində həlak olub. Hadisə nəticəsində deputatın qardaşı da daxil olmaqla daha üç nəfər həlak olub”, – deyə məlumatda bildirilir.

Deputatlar Palatası həmçinin bildirib ki, deputatın ölümü ilə əlaqədar Konqresdə üç günlük matəm elan edilib.

Ultima Hora qəzetinin yazdığı kimi, ilkin məlumatlara əsasən, göyərtəsində 4 nəfərin olduğu təyyarə havaya qalxarkən ağaca dəyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir