Kreml: Rusiya Qəzza zolağında humanitar fasilənin uzadılmasını dəstəkləyir

Rusiya Qəzza zolağında humanitar fasilənin uzadılmasını məqsədəuyğun hesab edir.

 

Azinformasiya.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya Federasiyası hərbi əməliyyatların bərpasına baxmayaraq, Qəzza zolağından Rusiya vətəndaşlarını təxliyə etməyə davam edəcək.

Qeyd edək ki, HAMAS-la İsrail arasında əldə olunan atəşkəsin müddəti bu gün başa çatıb. İsrailin hərbi əməliyyatları bərpa etdiyi bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir