Mirzoyan Devid Kemeronla görüşüb

Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşüb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Mirzoyan “X” platformasında yazıb.

“ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Böyük Britaniya xarici işlər naziri Devid Kemeronla ikitərəfli münasibətlər haqqında danışdıq. Böyük Britaniya və Ermənistan bu yaxınlarda strateji dialoqa başlayıb”, – Mirzoyan bildirib.

Ermənistan XIN rəhbərinin sözlərinə əsasən, tərəflər müzakirə regional mövzuları və Cənubi Qafqazda baş verən hadisələri müzakirə ediblər.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir