Stoltenberq İsrail və HAMAS arasında razılaşmanı alqışlayıb

NATO Baş katibi Yens Stoltenberq İsrail və HAMAS arasında razılaşmanı alqışlayıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Baş katib Stoltenberq Skopyada Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski ilə görüşdən öncə mətbuata açıqlamasında deyib.

“Mən girovların geri qaytarılmasına, döyüşlərin dayandırılmasına və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasına imkan verəcək İsrail və HAMAS arasında razılaşmanı alqışlayıram”, – Stoltenberq vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir