Moldova Prezidenti Maya Sandu Ukraynaya səfər edib.
Azinformasiya.az xəbər verir ki bu barədə Prezident Sandunun “X” hesabında bildirilib.
“Bu gün Ukraynanın Avropa yolu üçün həlledici məqam olan Avromaydanın başlanmasından 10 il keçir. Prezident Vladimir Zelenski və Olena Zelenska ilə birlikdə mən azadlığın tərəfdarlarını və bunun uğrunda fədakarlıq edənləri hörmətlə yad etdim. Onların irsi yaşayır”, – Moldova lideri yazıb.
Azinformasiya.az