Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın “Maydan-3” planının təfərrüatlarını açıqlayıb.
Azinformasiya.az xəbər verir ki, Zelenski bununla bağlı “The Sun” nəşrinə müsahibəsində açıqlama verib.
Onun sözlərinə əsasən, Ukraynada hakimiyyəti dəyişmək üçün nəzərdə tutulan “Maydan-3” əməliyyatı bu ilin sonuna planlaşdırılıb.
Ukrayna dövlət başçısı qeyd edib ki, Rusiya Ukraynada genişmiqyaslı işğal əməliyyatlarına başlayandan indiyə kimi onu öldürmək üçün bir neçə dəfə sui-qsəd cəhdləri edib.
Zelenski, həmçinin qeyd edib ki, ruslar onu devirmək üçün əllərində olan hər vasitədən istifadə edəcəklər.
“Bu, müharibədir və Ukraynanın öz torpaqlarını müdafiə etmək hüququ var”, – deyə Vladimir Zelenski “fürsət yaranarsa, Ukrayna Putini öldürmək şansından istifadə edəcək ya yox?” sualını cavablandıraraq deyib.
Azinformasiya.az