İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana rəsmi səfərə gəlib

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 19-da Azərbaycana Respublikasına rəsmi səfərə gəlib.

 

Azinformasiya.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir