İsraildə 10 minə yaxın fələstinli əsir var.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O vurğulayıb ki, əgər Almaniya bu əsirlərin azad edilməsi üçün addım atarsa, Türkiyə də HAMAS-ın ələ keçirdiyi israilli əsirlərin buraxılması üçün kömək edəcək.
Ərdoğan, həmçinin qeyd edib ki, Almaniya tərəfi hələ ki, bu təklifə müsbət cavab verməyib: “Almaniya prezidenti bir həftə sonra İsrailə gedəcək. Siz bu addımı atın, biz də qarşılıq verək”.
Azinformasiya.az