Paşinyan: Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri barədə razılığa gələ biliblər

Ermənistan və Azərbaycan sülh sazişinin əsas prinsipləri barədə razılığa gələ biliblər.

 

Azinformasiya.az TASS-a istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının İrəvanda payız sessiyasının açılış mərasimində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yaxşı və pis xəbərlərimiz var. Azərbaycanla sülhün əsas prinsipləri razılaşdırılıb. Bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Brüsseldə görüşlərim nəticəsində baş verib”, – deyə o bildirib.

Paşinyan ən böyük pis xəbər kimi isə, “hələ də iki tərəfin müxtəlif diplomatik dillərdə danışdığını və çox vaxt bir-birini başa düşmədiklərini” qeyd edib.

O, bunun obyektiv səbəblərinin olduğunu diqqətə çatdırıb. Belə ki , Ermənistan Baş naziri buna “çoxillik münaqişə, minlərlə qurban, onlarla əsir və digər amillərin” səbəb olduğunu qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir