Avropa İttifaqı (Aİ) Fələstin xalqının dostudur.
Azinformasiya.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Ramallahda Fələstin Baş naziri ilə birgə mətbuat konfransında bildirib.
“Qəzzada, İsraildə və İordan çayının qərb sahilindəki vəziyyətdən, dinc əhalinin ağır iztirabları bizi narahat edir.
Aİ təcili humanitar fasilələr və Qəzzada mülki insanlara yardımın çatdırılması üçün daha çox çıxış tələb edir”, – o vurğulayıb.
Azinformasiya.az