Ordubad sakini bibisi oğlu tərəfindən bıçaqlanıb

Ordubad rayonuna qonaq gələn 39 yaşlı kişi bibisi oğlu tərəfindən bıçaqlanıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Nəsirvaz kəndində baş verib.

Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Yalçın Yaqub oğlu kəndə qonaq gələn dayısı oğlu, Kəngərli rayon sakini, 1984-ü il təvəllüdlü Bayramov Fazil İbrahim oğlunu bıçaqlayıb. O, təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
İlkin olaraq, hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir