Türkiyə Qəzzada səhra xəstəxanası yaratmaq istiqamətində işləri davam etdirir.
Azinformasiya.az xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan Bosniya və Herseqovinanın xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı bildirib.
O, Türkiyənin Qəzzada atəşkəsə müvəffəq olmaq üçün əlindən gələni edəcəyini qeyd edərək, “iki dövlətli” prinsipin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Azinformasiya.az