Zelenskinin Ofis rəhbəri: 2024-cü il müharibədə həlledici il olacaq

2024-cü il müharibədə həlledici il olacaq.

 

Azinformasiya.az “Bloomberg“ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andriy Ermak Vaşinqtonda Hudson İnstitutunda çıxış edərkən deyib.

Müharibədə dönüş nöqtəsinin yaxınlaşdığını deyən Yermak bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı davam edir, Ukrayna hərbçiləri Dnepr çayının sol sahilində möhkəm dayanıb və Ukrayna Prezidenti Vladimir Zelenski qələbəni necə əldə edəcəyini bilir.

Bundan əlavə, Zelenskinin ofisinin rəhbəri qış yaxınlaşdıqca, Rusiya qoşunlarının ölkənin enerji infrastrukturuna hücuma başlaya biləcəyini, belə bir vaxtda Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynanın hava hücumundan müdafiəsinə dəstək verməyə çağırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir