Şabranda yanğın baş verib, mal-qara yanıb

Şabran rayonunun Rəhimli kəndində yanğın olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Ağamalıyev Fərrux Fərhad oğluna məxsus təsərrüfatda baş verib.

Tövlədə baş verən yanğın hadisəsi zamanı 15 baş iribuynuzlu heyvan, 100-ə yaxın toyuq və tövlənin damına yığılmış 1500 ədəd ot bağlaması yanıb.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir