Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan, Ukrayna və Moldovanın eyni vaxtda Avropa İttifaqına üzv olmasını təklif edib.
Azinformasiya.az xəbər verir ki, o, bu barədə Fransanın LCI telekanalına müsahibəsində bildirib.
O, jurnalistin Ukraynanın 2030-cu ildə, Gürcüstanın isə daha sonra Aİ-yə üzv ola biləcəyi ilə bağlı sualına “Xeyr, düşünürəm ki, bu, eyni vaxtda baş verəcək” deyə cavab verib.
“Bunun 2030, 2031 və ya 2029-cu ildə baş verəcəyini deyə bilmərəm, necə deyərlər, növbəti üzvlər təxminən eyni vaxtda qoşulacaq”, – Zurabişvili bildirib.
Azinformasiya.az