“Qəzzadakı münaqişəsinin həlli üçün ən uyğun təklifləri irəli sürən ölkə Türkiyədir. Türkiyə regiondakı böhran və problemlərin həlli üçün əsas ölkədir”.
Azinformasiya.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatı Zirvəsindən qayıdarkən jurnalistlərin suallarına cavabında bildirib.
O vurğulayıb ki, Qəzza Fələstin torpağıdır və Körfəz ölkələri də İsrailə təzyiqi artırmalıdırlar. Ərdoğan, həmçinin qeyd edib ki, məsələ ilə bağlı ABŞ Prezidenti Co Baydenə zəng etməyəcək: “Dünyanın gələcəyi və insanların həyatı (BMT TŞ-da) veto hüququ olan 5 ölkənin insafına buraxıla bilməz. Bu coğrafiyada Türkiyəsiz təşəbbüs göstərmək, planlar qurmaq mümkünsüzdür. Bizim mövqeyimiz, dəyərlərimiz və prinsiplərimiz bəllidir”.
Azinformasiya.az