Ceyhun Bayramov İsrail-Fələstin münaqişəsi qurbanlarının ailələrinə başsağlığı verib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə qurbanlarının ailələrinə başsağlığı verib.

 

Azinformasiya.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxışında deyib.

Çıxışında nazir Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında mövcud gərginliyin davam etməsinin, xüsusilə mülki şəxslərin hazırki eskalasiyadan ən çox əziyyət çəkən tərəf olmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb. Ölkəmiz adından münaqişə qurbanlarının ailələrinə başsağlığı ifadə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir