İsrail ordusu Qəzza zolağında HAMAS-ın daha bir komandirini öldürüb.
Azinformasiya.az xəbər verir ki, “The Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində HAMAS-ın komandirlərindən biri olan Ahmed Siam məhv edilib. HAMAS-a qarşı əməliyyatlar zamanı Ahmad Siam Qəzza şəhərindəki “Əl-Rantisi” İxtisaslaşdırılmış Xəstəxanasına sığınan 1000 nəfərə yaxın sakini girov saxlayıb və onların anklavın cənubuna təxliyə edilməsinə icazə verməyib.
Azinformasiya.az