Qaribaşvili: Gürcüstan ərazilərinin işğaldan azad edilməsi üçün “strateji səbr” yolunu seçib

Gürcüstan işğal altındakı ərazilərinin qaytarılması üçün “strateji səbr” siyasətini seçib.

 

Azinformasiya.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Paris Sülh Forumunun panel müzakirəsində deyib.

“Əlbəttə, işğalla bağlı çətinliklər hələ də qalır, ancaq biz “strateji səbr” siyasəti seçmişik. Bəzi məsələləri biz dərhal həll edə bilmərik. Səbrə, uzunmüddətli strategiyaya və fəaliyyət planına ehtiyac var. Plana müvəffəq olmaq üçün davamlı işləmək lazımdır. Biz ərazilərimizin işğaldan azad edilməsinə nail olacağımıza əminik” – hökumət başçısı deyib.

Baş nazir hakim “Gürcü arzusu” partiyasının iqtidarı zamanı Gürcüstanda fasiləsiz sülh və sabitliyə nail olunduğunu, əvvəlki liderliklərdən fərqli olaraq müharibələrin, münaqişələrin və ərazi itkilərinin olmadığını bildirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir