Biləsuvarda 8 yaşlı qız qidadan zəhərlənərək ölüb

Biləsuvar rayonunda azyaşlı qidadan zəhərlənərək ölüb.

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

2015-ci il təvəllüdlü Tellixanım Anar qızı Məmmədli ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yeniyetmə qıza göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, T.Məmmədova dünən ailəsi ilə birgə, ev şəraitində hazırlanan kələm şorabası yeyib. Bundan sonra o özünü pis hiss edib. Azyaşlının zəhərlənməsinə məhz kələm şorabasının səbəb olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir