Astanada Tokayevlə Putin görüşüb

Rusiya Prezidenti Vladimir Putin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqlar aparıb.

 

Azinformasiya.az xəbər verir ki, prezidentlərin əvvəl məhdud tərkibdə görüşü olub.

Danışıqlar əsnasında ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının əsas məsələləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətin perspektivləri, habelə aktual regional və beynəlxalq problemlər müzakirə olunub.

Daha sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir