Aİ Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası məsələsində irəliləyiş gözləyir

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası məsələsində irəliləyiş gözləyir.

 

Azinformasiya.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

“Sərhədlərin demarkasiyasına gəlincə, son aylar ərzində çox iş görülüb. Biz ideal olaraq gələcək addımlar, demarkasiyanın hansı əsaslarla, hansı xəritə və prinsiplər əsasında aparılacağı ilə bağlı razılığa gəlmək istərdik”, – mənbə qeyd edib.

O, Ermənistan və Azərbaycan liderlərinin Qranadada Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyini təsdiqləyib.

“Son bir həftə ərzində aktiv təmaslar olub… Yerdəki çətin vəziyyətə baxmayaraq, irəliləyişin mümkün olub-olmadığını araşdırırıq”, – Aİ rəsmisi bildirib.

O, həmçinin vurğulayıb ki, əvvəllər də tərəflər arasında gərginlik olmasına rəğmən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir