Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi adlandırmaqdan çəkinib.
Azinformasiya.az xəbər verir ki, o, bu barədə “Euronews”a müsahibəsində bildirib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması barədə danışan Aİ lideri qeyd edib ki, “sülh hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqlar tələb edəcək”.
Onun sözlərinə əsasən, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.
Şarl Mişel vurğulayıb ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır və buna görə də Aİ bu ölkəyə humanitar yardım çatdırmalıdır.
Azinformasiya.az