Aİ Ukrayna üçün gələn il 5 mlrd. avro yardım paketi təklif edir

“Mən Ukraynaya gələn il üçün 5 milyard avroya qədər yeni ikitərəfli yardım paketi təklif etmişəm”.

 

Azinformasiya.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kiyevdə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Ümid edirəm ki, Aİ-yə üzv dövlətlər bu təkliflə bağlı il başa çatmazdan öncə razılığa gələ biləcəklər”, – Borrell bildirib.

O qeyd edib ki, 5 milyard avro yalnız bir il üçün nəzərdə tutulub və sonradan bu rəqəm arta bilər.

Cozep Borrell Ukrayna hərbçilərinin Aİ ölkələrində təlimlərinin davam etdiyini də xatırladıb: “Hədəfimiz qarşıdakı aylarda təlim keçən Ukrayna hərbçilərinin sayını 40 000-ə çatdırmaqdır ki, bura hərbi təyyarələr idarə edən pilotların da təlimləri daxildir”.

Borrell vurğulayıb ki, Aİ və Ukraynanın hərbi sənayeləri arasında əməkdaşlığı gücləndirmək üçün də tərəflər işləyir: “Bu gün bizim burada olmağımız Aİ-nin Ukraynanın təhlükəsizliyinə və bu ölkəyə dəstəyinə sədaqətinin bir sübutudur. Biz bununla Rusiyaya siqnal göndəririk ki, biz onun dronlarından, raketlərindən qorxmuruq”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir