Xaçmazda 71 yaşlı qadın bıçaqlanıb

Xaçmaz şəhərində qohumlar arasında insident olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə bu gün Xaçmaz şəhəri, Qələbə küçəsində baş verib.

1952-ci il təvəllüdlü Haqverdiyeva Məryəm Mayıl qızı qohumu ilə mübahisə zamanı bıçaq xəsarəti alıb. Yaralıya Xaçmaz rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir